"FETÖ məsələsi müzakirə edəcəyimiz mövzular sırasında ilk yerlərdədir”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl hava limanında mətbuat konfransı keçirib.

1304886
"FETÖ məsələsi müzakirə edəcəyimiz mövzular sırasında ilk yerlərdədir”, R.T. Ərdoğan

“ABŞ-a səfərimdə Fətullahçı terror təşkilatı (FETÖ) məsələsi müzakirə edəcəyimiz mövzularda ilk yerlərdədir”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

FETÖ-nun terrorçubaşının təhvil verilməsi məsələsinə toxunan Ərdoğan bildirib:

"Pensilvaniyadakı terrorçubaşının ölkəmizə qaytarılması üçün bu günə qədər bir çox addım atdıq və bunu davam etdirəcəyik".

Ərdoğan “Əlaqələrimizdəki bir sıra problemlərə baxmayaraq ABŞ prezidenti Donald Trampla bunların həllə qovuşdurulması və əlaqələrimizin inkişafı barədə həmfikirik” deyib.

Terror təşkilatı YPG/PKK mənsubu Fərhat Abdi Şahinin bir terrorçu olduğunu, amerikalıların belə bir terrorçu ilə görüş keçirmələrinin səhv olduğunu sənədlərilə ifadə edəcəklərini dilə gətirən Ərdoğan “Terrorla mübarizədə ilkin plandaki mövzumuzdur. İki ölkənin təhlükəsizliyini əlaqədar edən mövzularda yeni dövrü başlatmaq istəyirik” deyə bildirib.

Rusiya və ABŞ-ın Suriyada terror təşkilatlarını təmizləmədiyinə diqqət çəkən Ərdoğan “Bunları Trampla, qayıtdığımız zaman isə Putinlə telefon danışığında qiymətləndirəcəyik” deyib.

Avropa İttifaqının (Aİ) Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərilə əlaqədar mövqeyini tənqid edərək İttifaqa səslənən Ərdoğan “Türkiyəyə Kıbrısdakı mövzularla əlaqədar gözdağı verməyə təşəbbüs etməyin. Biz bunların da öhdəsindən gələrik, yolumuza davam edərik” ifadələrini  işlədib.

Prezident Ərdoğan Suriyanın şimalındakı terrorla mübarizə prosesində yaxalanan terror təşkilatı DEAŞ-a mənsub vetəndaşlarını ölkələrinə qəbul etmək istəməyən Aİ ölkələrinin mövqelərinə də toxunan Ərdoğan deyib ki, bu qədər DEAŞ-lını həbsxanasında tutan, Suriya tərəfində nəzarət altında saxlayan Türkiyəyə qarşı mövqeyinizi nəzərdən keçirin. Biz bunları göndərməyə davam edəcəyik. Qəbul etsinlər, etməsinlər, bu, onların problemidir.

Ərdoğan Suriyada təhlükəsiz bölgə mövzusunda ABŞ və Rusiya ilə indiyədək göstərdikləri fəaliyyətləri bundan sonra da qətiyyətli şəkildə davam etdirəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr