Türkiyә vә Rusiya hәrbçilәri Suriyada dördüncü patrul xidmәtini hәyata keçirib
Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.
Şoçidә әldә olunan razılaşmaya çәrçivәsindә Türkiyә vә Rusiya hәrbçilәri Fәrat çayının şәrqindә dördüncü birgә patrul xidmәtini hәyata keçirib.
Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda Rusiya ilә Türkiyә arasında әldә olunan razılaşma çәrçivәsindәki fәaliyyәtlәrin davam etdirildiyi bildirilir.
Türkiyә Silahlı Qüvvәlәri vә Rusiya Silahlı Qüvvәlәri növbәti patrul xidmәtini Derbesiye bölgәsindә hәyata keçirib.
Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən dördüncü birgə patruldur.
Xatırladaq ki, Türkiyә vә Rusiya hәrbçilәri birinci birgә patrul xidmәtini noyabrın birindә hәyata keçirmişdi.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.