"Suriyada mənim işim yoxdursa, Suriyanın bizim torpaqlarda nə işi var?" R.T.Ərdoğan

Etibarlı hala gətirilən bölgələrə suriyalıların dönüşü üçün lazımi zəmin yaradıldığını bildirən Ərdoğan deyib...

1303557
"Suriyada mənim işim yoxdursa, Suriyanın bizim torpaqlarda nə işi var?" R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Beştepedə Qazi Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 81-ci ili münasibətiylə təşkil edilən xatirə mərasimində çıxış edib.

  Etibarlı hala gətirilən bölgələrə suriyalıların dönüşü üçün lazımi zəmin yaradıldığını bildirən Ərdoğan deyib:

  “Bu vaxta qədər 365 min suriyalı öz torpağına qayıdıb. Hədəfimiz bütün suriyalıları öz doğma evlərinə göndərməkdir. Bununçün layihələr hazırlamışıq.

  Bütün dərinliklərə qədər girdik, bölücü terror təşkilatı YPQ/PKK-lılar qaçacaq deşik belə tapa bilmədilər.

  Suriyada mənim işim yoxdursa, Suriyanın bizim torpaqlarda nə işi var? Mənim əsgərim niyə şəhid olsun? YPQ/PKK oradan atəş acır deyə biz də lazım olanı edirik. Əllərindəki gizli-açıq bütün vasitələri səfərbər etdilər, amma heç nəyə müvəffəq ola bilmədilər.”

  Son günlərdə Osmanlıya istiqamətli yalan və böhtanlara da münasibət bildirən Ərdoğan bunları söyləyib:  

  "Osmanlı zamanı oxuma-yazma nisbəti çox aşağıymış. Osmanlının öz silah sənayesi yoxmuş. Osmanlı hakimiyyəti altında olan xalqlara zülm edilmiş”. Hamısı yalan və böhtandır. Keçmişləri soyqırımlar və zülmlərlə dolu olduğu halda, əksinə, öz hekayələrini başqa adla satışa çıxarmağa çalışırlar."



Әlaqәli Xәbәrlәr