Suriyada Türkiyə - Rusiya quru patrul xidməti tamamlandı

Türkiyə Milli Müdafiə Nazirliyi verdiyi məlumatda bildirir...

1303170
Suriyada Türkiyə - Rusiya quru patrul xidməti tamamlandı

 

  Suriyada Fəratın şərqində Qamışlı-Derik arasındakı bölgədə icra edilən Türkiyə - Rusiya quru patrul xidməti 8 noyabrda tamamlandı.

  Türkiyə Milli Müdafiə Nazirliyi verdiyi məlumatda bildirir:

  "Fəratın şərqində Qamışlı-Derik arasındakı bölgədə icra edilən Türkiyə - Rusiya quru patrul xidməti hər cür təxribata qarşı, personal və xalqın təhlükəsizliyilə bağlı lazımi diqqət və həssaslıq göstərilərək planlandığı kimi tamamlandı.

  Qamışlı ilə Derik arasındakı bölgədə icra edilən üçüncü quru patrul xidməti zamanı hər iki tərəfdən dörd nəqliyyat növü olmaqla səkkiz quru vasitəsi və PUA-lar (pilotsuz uçan aparat) istifadə olundu.

  Türkiyə və Rusiya hərbçiləri 10 kilometr dərinlik və 88 kilometr uzunluqdakı yolda patrul xidmətini 8 noyabrda tamamladı."



Әlaqәli Xәbәrlәr