“YPG/PKK bölgədən çıxarılanadək əməliyyat davam edəcək”, R.T.Ərdoğan

Suriyanın şimal ərazilərindəki  terrorçulara qarşı  mübarizə   çərçivəsində  başladılan Sülh Çeşməsi Əməliyyatı, separatçı terror təşkilatı YPQ / PKK bölgədən çıxarılanadək davam edəcək. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

1302982
“YPG/PKK bölgədən çıxarılanadək əməliyyat davam edəcək”, R.T.Ərdoğan

Prezident Ərdoğan Macarıstana reallaşdırdığı səfərdən vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Suriyanın şimalındakı separatçı terror təşkilatı YPG / PKK-ya qarşı mübarizə çərçivəsində həyata keçirilən Sülh Çeşməsi Əməliyyatına toşunub. O: “ Ötən gün Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp ilə telefon danışığımız oldu. Hənin telefon görüşündən sonra 13 Noyabrda ABŞ-a səfər mövzusunda qərara gəldik. Çünkü Sülh Çeşməsi Əməliyyatında çatılan mövcud vəziyyəti Tramp ilə üz-üzə müzakirə etməğimizin səmərəli olacağına inanıram. ABŞ-ın bizə verdiyi vədlər var. Terror təşkilatlarını Münbiçdən çıxaracaqlarını söylədilər. Lakin hal-hazırda bu reallaşmadı. Bununla bağlı konkret məlumatlara sahibik. Tel Abyad və Rəsulayn bölgələrinə nəzarətin Türk Silahlı Qüvvələrinin (TSQ)   əlinə  keçməsinə  baxmayaraq Resulaynın cənubundakı Tel Tamer ərazisində Terror təşkilatının varlığı davam edir və bu bölgədən sərhədlərimizə hücumlar təşkil edilir. Eyni vəziyyət Münbiçdə, Ayn əl-Ərəbin ətrafında da mövcuddur. Bu ərazilərdə PKK-PYD-YPG ölkəmizə istiqamətli xain əməllərini davam etdirirlər. Bütün bunlara baxmayaraq bölgədə terrora qarşı mübarizəmiz əzmlə davam etdirilir. ABŞ-na səfərim zamanı bu problemləri Tramp ilə müzakirə edəcəyəm. Hər kəs idrak etməlidir ki, bu ərazilərdə terrorun kökünü qurudanadək mübarizəmiz davam edəcək. Digər ölkələrin buradaki hərbi varlıqları sona çatanadək qoşunlarımız bölgədən çıxmayacaqlar. Biz Suriyanın torpaq bütövlüyündən, birlik və həmrəyliyinin davam etməsindən tərəfik.Bu ölkənin parçalanmasını istəmədik və istəmiyəcəyik. Əgər digər ölkələr bizimlə həm fikirdirlərsə bunu sübuta yetirməlidilər. Bu ölkələrin heç birinin Suriya ilə sərhəddi yoxdur. Lakin Türkiyə qonşu ölkədir. Son söz kimi deməli olsam bölgə terrordan təmizlənənə dək Türkiyə Adana konsensusundan mənbələnən səlahiyyətlər ilə mövqeyini davam etdirəcək”-deyə prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr