"Bir neçə üzv ölkənin ikitərəfli məsələsi Türkiyə-Aİ əlaqələrinə mane olmamalıdır"; R.T.Ərdoğan

Avropa İttifaqında (Aİ) bir neçə üzv ölkənin ikitərəfli məsələsi Türkiyə-Aİ əlaqələrinə mane olmamalıdır.

1302422
"Bir neçə üzv ölkənin ikitərəfli məsələsi Türkiyə-Aİ əlaqələrinə mane olmamalıdır"; R.T.Ərdoğan

Avropa İttifaqında (Aİ) bir neçə üzv ölkənin ikitərəfli məsələsi Türkiyə-Aİ əlaqələrinə mane olmamalıdır.

Prezident Rəcəb Tayyib Ərdoğan bunu rəsmi səfərdə olduğu Macarıstanda baş nazir Viktor Orban ilə birgə mətbuat konfransında deyib.

Macarıstanın Türkiyənin Avropa İttifaqına üzvlük prosesində göstərdiyi dəstəyinin əhəmiyyətli olduğunu qeyd edən Ərdoğan deyib: “Həqiqətdən cənab baş nazirin bu mövzudakı dəstəyinə hər zaman üçün minnətdaram, bunu xüsusilə ifadə etmək istəyirəm. Avropa İttifaqının son dövrdə ölkəmizə qarşı ortaya qoyduğu mövqe təsisedici deyil. Bir neçə üzv ölkənin ikitərəfli məsələsi Türkiyə-Aİ əlaqələrinə mane olmamalıdır. İttifaq bu mövqeyilə əsasən öz maraqlarına da zərər verir. Türkiyənin tamhüquqlu üzvlüyünün İttifaqa töhfəsi layiqli şəkildə başa düşülməlidir”.

Bəzi strateji tərəfdaşların terror təşkilatlarının başçıları ilə görüş keçirmələrindən, həmrəylik etmələrindən kədərləndiklərini dilə gətirən Ərdoğan “Terrorun və terrorçunun yaxşısı, “mənimki, səninki” anlayışı olmaz. Terrorla mübarizə aparılacaqsa bu mövzuda qətiyyətli mövqe ortaya qoyulmalıdır” deyib.

Prezident Ərdoğan Vişeqrad dördlüyü ilə əlaqələri daha da inkişaf etdirməkdə qətiyyətli olduqlarına işarə edərək, baş nazir Orbana Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqində keçirilən “Sülh çeşməsi” hərəkatına verdiyi dəstəyə görə də təşəkkürünü bildirib.



Әlaqәli Xәbәrlәr