Prezident Ərdoğan Macarıstanda səfərdədir

Ərdoğan Liszt Ferenc Havalımanında sıx nümayəndə heyəti tərəfindən qarşılandı.

1302181
Prezident Ərdoğan Macarıstanda səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası çərçivəsində rəsmi görüşlər keçirmək   üzrə  "TC-AZE" təyyarəsi ilə  getdiyi   Macarıstanın  Liszt Ferenc Havalımanında bu  ölkənin Xarici İşlər və Ticarət nazirinin müavini Ləvənte Maqyar, Macarıstanın Ankara səfiri Qabor Kiss, Türkiyənin Budapeşt səfiri Əhməd Akif Oktay və səfirlik işçiləri tərəfindən qarşılandı.

Türkiyə  vaxtıyla   bu gün  Saat   13.00-də    Macarıstana   çatan  Prezident Ərdoğan  və  həyat yoldaşı Əminə  xanım  Ərdoğanı, Ailə, Əmək və Sosial xidmətlər naziri Zəhra Zümrüt Səlçuk, Xarici işlər naziri Mevlüt Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Cahit Turhan, sənaye və texnologiya naziri Mustafa Varank, ticarət naziri Ruhsar Pekcan, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədr müavini Cevdət Yılmaz, Rabitə Başçısı Fahrəddin Altun, Prezidentin  sözçüsü İbrahim Kalın  müşayiət  edir.   

 



Әlaqәli Xәbәrlәr