"Yerli qırıcıların istehsalı işini sürətləndirdik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan F-35 döyüş təyyarələrinə alternativ olaraq yerli qırıcıların istehsalı işinə sürət verdiklərini söylədi.

1300740
"Yerli qırıcıların istehsalı işini sürətləndirdik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan F-35 döyüş təyyarələrinə alternativ olaraq yerli qırıcıların istehsalı işinə sürət verdiklərini söylədi.

Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup yığıncağında çıxış edib.

Çıxışında müdafiə sənayesində yerli olma nisbətini 20 faizdən 70 faizədək çıxardıqlarını vurğulayan Ərdoğan “İqtisadiyyatımızı da fövqəladə bir nöqtəyə gətirib çıxardıq. Dünyanın 13-cü böyük iqtisadiyyatına sahibik” deyib.

Ərdoğan keçən il Türkiyə üzərində valyuta, faiz, inflyasiya üzərindən oynanan oyunu pozduqlarını bildirib.

ABŞ-ın Türkiyəyə hava müdafiə sistemi satmaması qarşısında bu ehtiyacı Rusiya vasitəsilə ödədiklərini bildirən Ərdoğan deyib: “Amerikalılar layihəsində iştirak etdiyimiz F-35 döyüş təyyarələrimizi bizə təhvil vermək istəmədilər. Biz də öz qırıcılarımızı buraxma fəaliyyətlərini sürətləndirdik. Alternativ təyyarələri də araşdırmağa bayladıq. Hər şəyin alternativi var. Bununla da bizə təzyiq edə bilməyəcəklərini gördükdə əsrlik hesabları ara yerə gətirdilər. Bunlar yiğitçə mübarizəni bilmirlər. Hər gün çıxıb ölkəmizə təhdid edirlər. Məclislərində əsası olmayan qərara gəlirlər. Arada bir də məktub yazırlar. Belə etdikdə Türkiyə gerimi çəkilir? Siz PKK/YPG-ni terror təşkilatı olaraq hesabatlarında qeyd etmədikdə bu əli qanyı təşkilatlar təmizəmi çəkilir?”.

ABŞ-ın Suriyada terror təşkilatı YPG/PKK-ya etdiyi silah yardımlarına bir daha reaksiya göstərən Ərdoğan “32 minə yaxın silah-sursat dolu TIR İraq ərazilərindən girdi. Dəfələrlə xəbərdarlıq etdik, ABŞ-dan səs çıxmadı. DEAŞ-a qarşı əldə edilmiş böyük qələbə qarşısında səmimi şəkildə yanımızda yer alan olmadı. Çünki bunlar əsasən DEAŞ ilə birlikdə hərəkət edirdilər. Sonra “Zeytun budağı” bölgəsini PKK/YPG-dən təmizlədik. Ölkəmizi küncə sıxışdırma cəhdləri fasiləsiz davam etdi. Məqsədləri Türkiyəni terror dəhlizi üçün razı etmək idi. Təşkilatlı sanksiyaya məruz qaldıq. Bir hissəsini istehsal edərək, bir hissəsini isə başqa yərdən təmin edərək maneələri aradan qaldırdıq” deyə bildirib.  

Partiyasının qrup yığıncağından sonra mətbuat mənsublarının suallarına cavab verən Ərdoğan Rusiya ilə Suriyanın şimalında patrul xidmətlərinin davam edəcəyini söyləyib.

DEAŞ-ın intihar edən terrorçubaşı Bağdadinin yaxalanan bacısına da toxunan Ərdoğan Bağdadinin bacısının geri göndərmə mərkəzində tutulacağını bildirib və hüquq prosesinin işləyəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr