İstanbuldan Özbəkistanın tarixi Buxara şəhərinə çarter reysləri başladı

Bir aviaşirkət tərəfindən Buxaraya turist daşıyan ilk çarter reysinin başladılması münasibətiylə İstanbulda mərasim təşkil edildi.

1300303
İstanbuldan Özbəkistanın tarixi Buxara şəhərinə çarter reysləri başladı

Mərasimə Prezidentin baş müşaviri İsrafil Kışla, Diyanət İşləri İdarəsinin rəsmisi Heydər Bəkiroğlu, Atlas Qlobal Hava yolları Ümumi Koordinatoru Orhan Sancar, inanc turizm agentliklərinin nümayəndələri və xeyli sayda turist qatıldı.

Çarter uçuşlarının Özbəkistan üzrə direktoru İhsan Kurt mərasimdə etdiyi çıxışında qarşılıqlı olaraq təşkil edilən İstanbul- Buxara və Səmərqən- İstanbul reyslərinin turizmin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Özbəkistan Respublikasının Ankaradakı Səfirliyinin Turizm üzrə Məsləhətçisi Hulusi Gülsərən də turizm mövsümündə çarter reyslərinin həftədə iki dəfə davam etdirilicəyini, tələb olması halında Hive şəhərinə də çarter uçuşları təşkil etməyi planlaşdırdıqlarını qeyd edib.

Özbəkistana səfər edən ilk Çarter təyyarəsi Buxara hava limanında icra hakimiyyət başçısının müavini Batir Şəhriyarov, Buxaranın meri Kərim Kamalov, vilayət turizm direktoru Furkat Hocayev və digər rəsmilər tərəfindən qalşılandı.

 



Әlaqәli Xәbәrlәr