XİN: ABŞ bununla hüquqla üst-üstə düşməyən cəhdlərini ört-basdır edir

Türkiyə ABŞ Dövlət Katibliyinin 2018-ci ilə dair terror hesabatının “Amerikan qurumlarının hüquqla üst-üstə düşməyən mövqelərinin üzərini ört-basdır etmə cəhdi” olduğunu bildirdi.

1299455
XİN: ABŞ bununla hüquqla üst-üstə düşməyən cəhdlərini ört-basdır edir

Türkiyə ABŞ Dövlət Katibliyinin 2018-ci ilə dair terror hesabatının “Amerikan qurumlarının hüquqla üst-üstə düşməyən mövqelərinin üzərini ört-basdır etmə cəhdi” olduğunu bildirdi.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ Dövlət Katibliyinin 2018-ci ilə dair terror hesabatı haqqında sorğuya cavab verərkən bu barədə bildirib.

Hami Aksoy deyib ki, ABŞ Xarici İşlər Nazirliyinin 2018-ci ilə dair terrorizm hesabatında əks olunub ki, “Əcnəbi terror təşkilatı” olaraq siyahıya alınan PKK 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox vətəndaş, polis və əsgərin qətlə yetirilməsinə məsuliyyət daşıyır. YPG-nin adının çəkilməməsi, bunun əvəzinə “PKK-nın Suriyadakı qolu” ifadəsinin işlədilməsi bu terror təşkilatı ilə əməkdaşlığı gizlətməyən ABŞ hakimiyyətinin hüquqla üst-üstə düşməyən mövqelərini ört-basdır etmə cəhdidir.

Hami Aksoy deyib ki, digər tərəfdən,  hesabatda Türkiyəni hədəfə götürən terror təşkilatı FETO-nun “sürgündə bir din adamı” olaraq təqdim edilməsi, 15 iyul xain dövlət çevrilişinə cəhdi görməməzlik mənası daşıyır. Eyni zamanda bununla ABŞ səlahiyyətliləri FETO terror təşkilatı başçısına ABŞ ərazisində təhlükəsiz sığınacaq verilməsi məsuliyyətindən qaçmış olurlar. 251 günahsız vətəndaşımızın şəhid edildiyi və minlərlə insanımızın yaralandığı bu xain 15 iyul terroru unudulmamalıdır, terrora qarşı beynəlxalq mübarizədə böyük əhəmiyyət daşıdığı bilinməlidir.



Әlaqәli Xәbәrlәr