Süleyman Soylu: ‘‘DEAŞ üzvlәrini ölkәlәrinә geri göndәrәcәyik’’

Türkiyәnin daxili işlər naziri Süleyman Soylu  bildirib ki, DEAŞ terror tәşkilatının saxlanılan әcnәbi üzvlәri öz  ölkәlәrinә geri göndәrilәcәk.

1299868

Süleyman Soylu Türkiyәnin paytaxtı  Ankarada jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistin  terror təşkilatı DAEŞ-a üzv olan iki hollandiyalı qadının saxlanılması ilә bağlı sualını cavablandıran Süleyman Soylu bildirib ki,  hazırda hәbsxanalarda 1200-dәk DEAŞ mәhbusu var.

Süleyman Soylu  xüsusilə Suriyanın şimalındakı separatçı terror təşkilatları YPQ / PKK və DAEŞ-a qarşı keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatında sonra 287 DEAŞ üzvünün saxlanıldığını bildirib.

Saxladıqları әcnәbi DEAŞ terrorçularını  ölkәlәrinә geri göndәrәcәklәrini ifadә edәn Süleyman Soylu deyib: ‘‘Bәzi ölkәlәr bunları vәtәndaşlıqdan çıxaracağını deyir.  Biz saxladığımız DEAŞ üzvlәrini ölkәlәrinә geri göndәrәcәyik’’.

Әlaqәli Xәbәrlәr