ABŞ-ın bu hesabatdan sonra terrorla əlaqədar söyləyəcək sözü qalmadı

Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Prezident Nazirlər Kabinetinin iclasından sonra ABŞ Dövlət Departamentinin "2018-ci ilə dair terror hesabatı' ilə əlaqədar yazılı açıqlama verildi.

1300095
ABŞ-ın bu hesabatdan sonra terrorla əlaqədar söyləyəcək sözü qalmadı

Prezident Aparatı ABŞ-ın 2018-ci ilə dair terror hesabatına reaksiya göstərdi.

 Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Prezident Nazirlər Kabinetinin iclasından sonra ABŞ Dövlət Departamentinin "2018-ci ilə dair terror hesabatı' ilə əlaqədar yazılı açıqlama verildi.

Açıqlamada terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG/PYD-dən və Fetullahçı Terror Təşkilatından (FETÖ)  bəhs edilməməsinin ikili yanaşmanın ən bariz nümunələrindən biri olduğu qeyd edildi.

 Terrorla mübarizə zəminində bütün dünyada fəallıq göstərən ABŞ-ın bu hesabatdan sonra terrorla əlaqədar söyləyəcək sözünün qalmadığı bildirdi.

 "Bir daha xatırlatmaq istərdik ki, terror təşkilatları ilə əməkdaşlıq edənlərin taleyi sonda həmin zəhərli ilan tərəfindən vurulacaq" deyə açıqlamada vurğulandı.

 Türkiyənin 1984-ci ildən bəri fasiləsiz şəkildə terrorla mübarizə edən, daha əvvəl də ASALA başda olmaqla, müxtəlif terror təşkilatlarının qlobal səviyyədə hücumlarına məruz qalmış bir ölkə olduğuna diqqət çəkilən açıqlamada "Dünyada, Türkiyə qədər terror hücumlarından zərər çəkmiş və terror təşkilatları ilə təsirli mübarizə aparıb qələbə qazanmış çox az ölkə vardır" ifadələri işlədilib.

Açıqlamada Türkiyənin PKK və DEAŞ ilə olduğu kimi PYD və FETÖ başda olmaqla, digər bütün terror təşkilatları ilə də qətiyyətli şəkildə mübarizəsini davam etdirəcəyi bildirildi.



Әlaqәli Xәbәrlәr