İbrahim Kalın ABŞ nümayәndә heyәti ilә görüşüb

Türkiyə  terror təşkilatları DEAŞ və PKK / PYD / YPQ-yә  qarşı apardığı  haqlı mübarizənin qətiyyətlə davam etdirilәcәyini amerikalı tәrәfmüqabillәrinә  bir daha çatdırdı.

1299207
İbrahim Kalın ABŞ nümayәndә heyәti ilә görüşüb

 

Türkiyə  terror təşkilatları DEAŞ və PKK / PYD / YPQ-yә  qarşı apardığı  haqlı mübarizənin qətiyyətlə davam etdirilәcәyini amerikalı tәrәfmüqabillәrinә  bir daha çatdırdı.

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Amerika Birlәşmiş Ştatlarının Nümayәndәlәr Palatasının heyәti ilә görüşüb. Mәlumata görә, görüş Dolmabaxça sarayında baş tutub. Görüşdә  ikitәrәfli әlaqәlәr, regional proseslәr, terrorla mübarizә, Suriyada tәhlükәsiz bölgәnin yaradılması vә siyasi hәll prosesi kimi mәsәlәlәr  müzakirә olunub. Görüşdә iki ölkә arasındakı strateji әlaqәlәrin әhәmiyyәti xüsusi vurğulanıb.

Görüşdә hәmçinin Türkiyәnin terror tәşkilatları terror təşkilatları DEAŞ və PKK / PYD / YPQ-yә qarşı apardığı  haqlı mübarizənin qətiyyətlə davam etdirilәcәyi ifadә edilib vә  ABŞ Nümayәndәlәr Palatasının ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı Türkiyәyә sanksiya tәtbiq etmәyi nәzәrdә tutan  vә qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi ilә bağlı narahatlıqlar dilә gәtirilib.

İclasda hәmçinin  ekstremizmin qlobal bir problem olduğu və beynəlxalq ictimaiyyәtin bu mәsәlә ilә bağlı daha çox sәy göstәrmәsinin әhәmiyyәti vurğulanıb.



Әlaqәli Xәbәrlәr