Türkiyə Fransa Senatının qəbul etdiyi qərarları qınadı

Türkiyə Fransa Senatı və Milli Məclisinin “Sülh çeşməsi” hərəkatına dair qəbul etdiyi qərarları sərt şəkildə qınadı.

1298053
Türkiyə Fransa Senatının qəbul etdiyi qərarları qınadı

Türkiyə Fransa Senatı və Milli Məclisinin “Sülh çeşməsi” hərəkatına dair qəbul etdiyi qərarları sərt şəkildə qınadı.

Xarici İşlər Nazirliyinin açıqlamasında "Fransanın Suriyada bir terror dövləti qurmağa cəhd göstərən Fransanın incikliyi nəticəsində bu qərarı aldığı yaxşı başa düşülür” ifadələri yer alıb.

Açıqlamada bildirilib ki, Fransa Parlamenti və bu qərarları dəstəkləyən Fransa hökuməti atdığı bu addımlarla Avropa İttifaqı (Aİ) tərəfindən də terror təşkilatı olaraq qəbul edilən PKK-nın Suriya qolu olan PYD/YPG ilə eyni yerdə olduğunu bir daha dünyaya elan etdi. Terrorçuların Elysee sarayında ən yüksək səviyyədə qəbul edildiyi bu ölkə parlamentinin mövqeyi bizim üçün təəccüb doğuran hal deyil.

Terror təşkilatı ilə bağlı xəbərdarlıqların Fransa tərəfindən nəzərə alınmadığı bildirilən açıqlamada daha əvvəlll də dəfələrlə ifadə edildiyi kimi “Sülh çeşməsi” hərəkatının beynəlxalq qanunlar əsasında, özünümüdafiə haqqı və BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə qərarlarına uyğun olaraq həyata keçirildiyi, əməliyyatın ABŞ və Rusiya ilə qəbul edilən son razılaymalarla da təsdiq olunduğu qeyd edilib.

Açıqlamada "Tərəfimizdən qaldırılan bütün cəhd və verilən açıqlamalara baxmayaraq Fransa Parlamentinin gerçəklərlə üst-üstə düşməyən qərarlar qəbul etməsi, ancaq Türkiyəyə qarşı qərəzli və məntiqdən məhrum mövqeyi ilə və Fransanın Suriya mövzusunda qarşı-qarşıya olduğu çarəsizliklə izah edilə bilər." ifadələrindən istifadə edililib.

"Heç bir ölkə DEAŞ ilə mübarizədə Türkiyəyə dərs verə bilməz" deyə bildirilən açıqlamada DEAŞ tərəfində olan vətəndaşlarını geri qaytarma barədə ikiüzlü rəftar edən Fransanın Türkiyəni itham etməyə heç bir haqqının olmadığı vurğulanıb.

Açıqlamada "Fransa Parlamentini və hökumətini terrorla mübarizədə terrorçuların deyil, NATO və Avropa müttəfiqləri Türkiyənin yanında olmağa və Türkiyə ilə həmrəylik göstərməyə bir daha dəvət edirik" deyilib.



Әlaqәli Xәbәrlәr