"Lazım gəlsə təhlükəsizlik bölgəsinin əhatə dairəsini genişləndirəcəyik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgəsindən kənardan gələcək hücumlara qarşı ən sərt cavabı verəcəklərini və lazım gəlsə təhlükəsiz bölgə sahəsini genişləndirəcəklərini söylədi.

1297262
"Lazım gəlsə təhlükəsizlik bölgəsinin əhatə dairəsini genişləndirəcəyik", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgəsindən kənardan gələcək hücumlara qarşı ən sərt cavabı verəcəklərini və lazım gəlsə təhlükəsiz bölgə sahəsini genişləndirəcəklərini söylədi.

Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Ərdoğan TBMM-də qrup iclasında çıxış edərək dedi: “Türkiyəni Suriya, İraq, Liviya kimi edəcəklərini zənn edənlərə cavabımızı sığınacaqlarına girərək, etimad etdikləri dağları başlarına yıxaraq verdik.  Türkiyə yeni bir istiqlal müharibəsi yürüdür və zəfərə addım-addım irəliləyir. “Sülh çeşməsi” hərəkatı başladığından bəridir ölkə daxilindən, xüsusilə də Avropada terror təşkilatı mənsubları tərəfindən ölkəmiz əleyhinə 700-ə yaxın akt həyata keçirilib”.

Ərdoğan “Ümumilikdə NATO-da bizimlə birliktədirlər, bunların çoxu hazırda müzakirəçi olduğumuz Avropa İttifaqında bizim tərəf-müqabilimizdir. Bütün bunlara baxmayaraq bu aktlar bunların ölkələrində, ayrıca da bunların polislərinin nəzarətində keçirilir. Türkiyə lehinə ən kiçik bir sözə və rəftara icazə verməyənlər öz ölkələrində terror təşkilatı kimi qəbul etdiyi PKK-nın simvollarının küçələrdə dolandırılması üçün istənilən asanlığı göstərirlər” ifadələrini işlətdi.

Prezident Ərdoğan “Sülh çeşməsi” hərəkatı bölgəsində 4 min 219 kvadratkilometr sahədə içindəki 558 yaşayış məntəqəsini, 900-dən artıq terrorçunu təmizlədik” deyə vurğuladı.

Başda Avropa olmaqla terror dəstələrini dəstəkləyən ölkələrə müraciət edən Ərdoğan “Səhv iş görürsünüz. Hazırda öz əllərinizlə bəslədiyiniz terror ilanı axırda qayıdıb sizi vuracaq, bunu yaxşı başa düşün” deyə bildirdi.

Qərb ölkələrinin öz vətəndaşı olan terrorçuları təhvil almaq üçün can atdığını vurğulayan Ərdoğan “DEAŞ-da sizin terrorçularınız var. Onları “təhvil alın” dediyimiz zaman qaçırsınız, ala bilmirsiniz. Bu terrorçuları siz yetişdirdiniz, nə üçün almırsınız? Ala bilməzlər. Nə üçün? Çünki bu biraz da xarakter məsələsidir” deyə qeyd etdi.

“Bunlar (Qərb ölkələri) zərər çəkənlərin və məzlumun yanında deyillər, əsla belə bir addım atmaq niyyətləri də yoxdur. Bunlar sadəcə öldürməyi bilirlər, eləcə də silah satmağı. Bunlar neftin səsini eşidəndə hücum edirlər, çünki bunlar üçün neftin bir damcısı minlərlə insanın qanının bərabərdir, belə bir qurğunun içindədirlər” deyə prezident qeyd etdi.



Әlaqәli Xәbәrlәr