Ərdoğan və dövlət nümayəndələri Anıtkabiri ziyarət etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə yüksək dövlət məmurları və siyasi partiya nümayəndələri 29 Oktyabr Respublika Bayramı münasibətilə Atatürk mavzoleyini – Anıtkabiri ziyarət ediblər.

1296488
Ərdoğan və dövlət nümayəndələri Anıtkabiri ziyarət etdilər
cumhurbaskani erdogan.jpg

 

  29 Oktyabr Türkiyə Respublika Günü 96-cı ilində bütün ölkədə coşğu ilə qeyd olunur.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə yüksək dövlət məmurları və siyasi partiya nümayəndələri 29 Oktyabr Respublika Bayramı münasibətilə Atatürk mavzoleyini – Anıtkabiri ziyarət ediblər.

  Xatirə dəftərinə Ərdoğan bu sözləri yazıb:

  “Əziz Atatürk, bu gün xalq olaraq böyük bir həyəcanla Cümhuriyyətimizin 96 yaşını qeyd edirik. Bu qürurla zati-alinizi, İstiqlal Savaşının bütün qəhrəmanlarını, Vətənimiz uğrunda bu günə qədər can verən əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimizi bildiririk.

  Müstəqilliyimizə və milli möhkəmliyimizə qarşı hücumların artdığı bugünkü gündə də Qurtuluş Savaşımızı zəfərə daşıyan müqavimət ruhu ilə ölkənin içi və xaricində mübarizəmizi qətiyyətlə davam etdiririk.

  9 oktyabrda başladığımız və qısa müddətdə çox ciddi uğurlara imza atdığımız “Sülh çeşməsi” hərəkatı çərçivəsində Suriya ilə sərhədimiz boyu qurulmaq istənilən terror dəhlizini dağıtma gücümüzü bir daha bütün dünyaya göstərmə ruhumuz şad olsun."

  Ərdoğan bayram axşamı Ankara Prezident Aparatı İqamətgahı Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində Türkiyə Cümhuriyyət Bayramı mərasiminə ev sahibliyi edəcək.

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısında orkestr konsertindən sonra oradan TBMM-nin ilk binasına Respublika Bayramı Kortej Yürüşü olacaq.



Әlaqәli Xәbәrlәr