Ərdoğan Cümhuriyyət Bayramı münasibətilə xalqı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq və dövlət olaraq hələ də tarixi mübarizə içində olunduğunu "İstiqlal savaşımızın bənzərini fərqli şəkildə yaşayırıq" sözlərilə ifadə etdi.

1296207
Ərdoğan Cümhuriyyət Bayramı münasibətilə xalqı təbrik etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq və dövlət olaraq hələ də tarixi mübarizə içində olunduğunu "İstiqlal savaşımızın bənzərini fərqli şəkildə yaşayırıq" sözlərilə ifadə etdi.

  29 Oktyabr Cümhuriyyət Bayramının 96-cı ildönümü münasibətilə paylaşdığı mesajında Ərdoğan deyib:

  “Qazi Mustafa Kamal Atatürk başda olmaqla, bir əsrlik şanlı keçmişə malik İstiqlal Savaşının zəfərlə nəticələnməsində və yeni dövlətin qurulmasında xidmət göstərən bütün qəhrəmanları hörmətlə yad edirəm.

  Xalq və dövlət olaraq varlığımızı və gələcəyimizi qorumaq naminə son illər yenə tarixi bir mübarizənin içindəyik.

  Bundan bir əsr əvvəl başladığımız və yeni dövlətimiz respublikamızı quraraq taclandırdığımız İstiqlal Savaşımızın bənzərini fərqli formalarda yenə yaşayırıq. Milli birlik və bərabərliyimizi pozmaq üçün hər cür oyun, hər cür fitnəyə əl atırlar. Sərhədlərimizin təhlükəsizliyindən iqtisadiyyatımıza qədər suverenliyimizi hədəfə alan hücumlar səngimir.

  Türkiyə qədim tarixi, köklü dövlət təcrübəsi və bir əsrə yaxınlaşan cümhuriyyət quruluşu ilə bütün problemlərimizin öhdəsindən gələ biləcək gücə, imkana və möhkəmliyə malikdir.

  İçindən keçdiyimiz bu mühüm zaman dilimini də respublikamızı bizə miras buraxanların şərəfinə uyğun şəkildə müvəffəqiyyətlə başa vuracağıq. Cümhuriyyətimizi neçə-neçə illərə daha güclü və daha uğurlu şəkildə aparacağıq."



Әlaqәli Xәbәrlәr