Türkiyə Xarici İşlər Nazirliyi İraqla bağlı bəyanat verdi

Türkiyə İraqın paytaxtı Bağdad və cənubundakı şəhərlərdə hökumət əleyhinə nümayişlərdə nisbətsiz güc tətbiq edildiyi xəbərlərini çox narahatlıqla qarşılayır.

1295526

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır:

  "Türkiyə İraqın Bağdad və cənub rayonlarında etiraz nümayişlərinin yenidən başlamasıyla yaşanan zorakılıq hadisələri və dinç nümayişçilərə qarşı nisbətsiz güc tətbiq edildiyi xəbərlərini çox narahatlıqla qarşılayır, hadisələrdə çox sayda can itkisi və yaralanan olmasından böyük kədər duyuruq.

  İraqın xalqının qanuni gözləntilərini tezliklə qarşılayacağına, ölkədə dinclik və sabitliyi bərqərar edəcək islahatlar həyata keçirəcəyinə ümid edir, nümayişlər zamanı həyatını itirənlrə Allahdan rəhmət və yaralılara sağalmalarını diləyirik”.

Әlaqәli Xәbәrlәr