Hulusi Akar Mark Esperlә görüşüb

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib

1294818
Hulusi Akar Mark Esperlә görüşüb

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Amerika Birlәşmiş Ştatlarının müdafiә naziri Mark Esper ilә görüşüb.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, görüş NATO-nun mәrkәzi qәrargahında baş tutub.

Görüşdә Suriya ilә Fәrat çayının şәrqindәki ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı başda olmaqla müdafiә vә tәhlükәsizlik mövzuları müzakirә olunub. Mәlumatda hәmçinin bildirilib ki, görüşdә ikitәrәfli hәrbi mәsәlәlәr әtrafında fikir mübadilәsi aparılıb. Nazirlәr danışıqların davam etdirilmәsi mәsәlәsindә razılıq әldә ediblәr.



Әlaqәli Xәbәrlәr