Yeni bir əməliyyata ehtiyac qalmadı, çünki...

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada “Sülh çeşməsi” hərəkatının keçirildiyi bölgə xaricində yeni bir əməliyyata ehtiyac qalmadığını bildirdi.(YENİLƏNİB)

1292826
Yeni bir əməliyyata ehtiyac qalmadı, çünki...

 

  Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada “Sülh çeşməsi” hərəkatının keçirildiyi bölgə xaricində yeni bir əməliyyata ehtiyac qalmadığını bildirdi.

  Nazirlik tərəfindən “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar son vəziyyətə dair 6 maddədən ibarət açıqlama verildi. Məlumatda bildirilir:

  “17 oktyabrda Fərat çayının şərqilə əlaqədar Türkiyə və ABŞ arasında razılıq əldə olundu. Bu çərçivədə “Sülh çeşməsi” hərəkatı 120 saatlığa dayandırıldı. Hər iki tərəfin qəbul etdiyi maddələrin yerinə yetirilməsində lazım olan həssaslıq göstərildi.

  Təyin olunan müddətin sonunda ABŞ tərəfindən terror təşkilatı PKK/YPQ-nin bölgədən geri çəkilmə prosesi tamamlandı.

  Oktyabrın 22-də Soçidə cənab prezidentimizlə Rusiya Federasiyasının dövlət başçısı arasında əldə olunan razılaşma çərçivəsində isə 23 oktyabrdan başlayaraq Rusiya ilə birgə hərbi patrul xidmətinə başlanacaq. “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgə xaricindəki sərhədlərimizin təhlükəsizliyi və YPQ terror təşkilatı ünsürlərinin ərazidən 30 km. kənara çıxarılmasına dair maddələri əhatə edən razılaşma uyğun şəkildə həyata keçdi. Yeni əməliyyat keçirilməsinə ehtiyac qalmadı”.

Milli Müdafiə Nazirliyinin Mətbuat nümayəndəsi zabit podpolkovnik Nadide Şebnem Aktop da  keçirdiyi mətbuat konfransında Türkiyənin sərhədlərinin cənubunda bir terror dəhlizinin yaranmasına heç vaxt icazə verməyəcəyini, terrorla mübarizənin əzmlə davam edəcəyini bildirdi.

“Sülh çeşməsi” əməliyyatı ilə bölgənin nəzarət altına alındığını və terror təşkilatından azad edildiyini bildirən Aktop "Terror təhlükəsinin ortadan qaldırılması ilə miqrasiyanı təşviq edən ən böyük amil aradan qaldırılacaq" dedi.

Digər tərəfdən, hərbi qaynaqlar əməliyyatın keçirildiyi bölgədə hərbi mənada təmizlik işlərinin davam etdiyi və razılaşmanın son günü terrorçulara aid heç bir maşının olmadığını bildiriblər.

Çıxan nəqliyyat maşınlarının içərisində ağır  silahların aşkarlanmadığını ifadə edən qaynaqlar "Bölgədə məhdud sayda da olsa terrorçu olacağı qiymətləndirilir. Hərbi təmizlik tədbirlərinin sonunda bölgədəki terrorçuların mövcudluğu müəyyən ediləcək. Hər hansı bir cəhd baş verərsə terrorçular, özünümüdafiə hüququ çərçivəsində zərərsizləşdiriləcək” deyə qeyd ediblər.



Әlaqәli Xәbәrlәr