ABŞ Türkiyəyə qoyduğu bütün sanksiyaları aradan qaldırdı

Paytaxt Vaşinqtonda təşkil edilən mətbuat konfransında çıxışında D.Tramp deyib...

1293580
ABŞ Türkiyəyə qoyduğu bütün sanksiyaları aradan qaldırdı

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Türkiyəyə qoyulan bütün sanksiyaların qaldırılması üçün göstəriş verdiyini bildirdi.

  Paytaxt Vaşinqtonda təşkil edilən mətbuat konfransında çıxışında D.Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətləri olduğunu xatırladaraq deyib:

  "Ərdoğan ölkəsini sevən və gözəl işlər görən bir adamdır. Yaxın zamanda bir araya gəlməliyik.

  Xəzinə naziri Stiven Mnuçinə Türkiyəyə qoyulan bütün sanksiyaların aradan qaldırılması üçün təlimat verdim”.

  Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyada Fərat çayının şərqində ölkə və regionda sülh və əmin-amanlığın təminatı üçün 9 oktyabrda “Sülh çeşməsi” hərəkatına başlamışdı. ABŞ rəhbərliyi bununla əlaqədar Türkiyəyə bir sıra sanksiya gətirmişdi.



Әlaqәli Xәbәrlәr