Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyənin Hakkari şəhərinin Şəmdinli rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurma zamanı bir əsgər şəhid olub.

1291245
Türkiyənin  Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyənin Hakkari şəhərinin Şəmdinli rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurma zamanı bir əsgər şəhid olub.
 
Bu barədə Türkiyənin  Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, qarşıdurma zamanı yaralanan əsgər xəstəxanaya yerləşdirilib. Xəsarət alan əsgərin edilən bütün tibbi müdaxilələrə baxmayaraq şəhid olduğu bildirilib.

Nazirlikdən verilən bəyanatda həmçinin  bu ifadələrə yer verilib: ''Bizi kədərləndirən bu hadisə nəticəsində həlak olan əziz şəhidimizə Allahdan rəhmət diləyirik, ailəsinə, Türkiyə Silahlı Qüvvələri və əziz xalqımıza dərin hüznlə başsağlığı veririk''.



Әlaqәli Xәbәrlәr