Türk Şurası “Sülh çeşməsi” hərəkatına dəstək verdilər

Azərbaycanda təşkil edilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Keneşi) 7-ci zirvə toplantısında dövlət başçıları bəyannamə qəbul edərək “Sülh çeşməsi” hərəkatına dəstək verdilər.

1288515

  Azərbaycan prezidenti İlham Əliyevin ev sahibliyilə təşkil edilən toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın əvvəlki prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

  Müşahidəçi qismində isə Macarıstanın baş naziri Viktor Orban və Türkmənistanın baş nazir müavini Pürli Ağamuradov olublar.

  Yığıncaqdan sonra qəbul edilən və dövlət başçıları tərəfindən imzalanan bəyannamədə Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyada Fərat çayının şərqində icra edilən “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatıyla əlaqədar yazılır:

  "Türk Şurası Türkiyənin “Sülh çeşməsi” hərəkatının terrorizmlə mübarizə, Suriyanın torpaq bütövlüyünün təmini, suriyalıları terrorçuların zülmündən qurtarma, yerlərindən-yurdlarından edilmiş qaçqınların ana vətənlərinə etibarlı və könüllü şəkildə geri dönmələri üçün böyük rol oynadığına olan ümid və inamını bəyan edir."

Әlaqәli Xәbәrlәr