Ərdoğan Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə bir araya gəldi

Türk Şurasının (Türk Keneşi) VII Sammitində iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıda olan R.T.Ərdoğan azərbaycanlı həmkarı ilə görüşüb

1287869
Ərdoğan Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə bir araya gəldi
Erdogan ve İlham Aliyev.jpg
Ərdoğan və İ.Əliyev.jpg

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə bir araya gəldi.

  Türk Şurasının (Türk Keneşi) VII Sammitində iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıda olan R.T.Ərdoğan azərbaycanlı həmkarı ilə görüşüb. Zaqulba Sarayında mətbuata qapalı görüş 1 saat 10 dəqiqə çəkib.

  Türkiyə prezidenti Bakı görüşləri çərçivəsində oktyabrın 14-ündə Türkiyə-Azərbaycan İş Şurasının iclasında iştirak edəcək, ayın 15-ində isə Türk Şurası üzvlərinin rəhbərlərilə ikitərəfli görüşlər keçirəcək.

  Türk Şurasının bu 7-ci zirvə toplantısında Özbəkistan təşkilata rəsmi üzv olaraq qəbul ediləcək.

  “Türk dünyasının ağsaqqalı" kimi tanınan Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevə isə Türk Şurasının “Fəxri prezidenti” adı veriləcək.



Әlaqәli Xәbәrlәr