İbrahim Kalın ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı açıqlama verdi

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın ‘‘Sülh çeşmәsi’’( Barış Pınarı) әmәliyyatı ilә bağlı bildirib ki, hәdәflәrimizә nail olanadәk dayanmayacayıq.

1287588

İbrahim Kalın şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Mosul, Rakka vә Deyrizor yerlә-yeksan edildiyindә vә minlәrlә mülki vәtәndaş öldürüldüyündә sәslәrini ucaltmayanlar ‘‘Şülh çeşmәsi’’ әmәliyyatının dayandırılması ilә әlaqәdar çağırışlar edirlәr, Türkiyәni sanksiyalarla hәdәlәyirlәr. Hәdәfimizә nail olanadәk dayanmayacayıq’’.

Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə Türkiyә  Silahlı Qüvvətləri  tərəfindən Suriyanın şimalında YPG/PKK və DEAŞ terror təşkilatlarına qarşı başlanılan və Suriya Milli Ordusunun dәstәklәdiyi ‘‘Sülh çәşmәsi’’ әmәliyyatı müvәffәqiyyәtlә davam etdirilir.

Әlaqәli Xәbәrlәr