Milli müdafiə naziri Hulusi Akar Fransa, İngiltərə və ABŞ-ın müdafiə nazirləri ilə telefonla danışıb

Telefon danışıqlarında Türkiyənin Suriyanın şimalında apardığı “Sülh çeşməsi) (Barış Pınarı) hərəkatının hədəfinin Fəratın şərqində sülh koridoru yaratmaq olduğu vurğulanıb.

1286296
Milli müdafiə naziri Hulusi Akar Fransa, İngiltərə və ABŞ-ın müdafiə nazirləri ilə telefonla danışıb
yasar guler.jpg

Milli müdafiə naziri Hulusi Akar Fransa, İngiltərə və ABŞ-ın müdafiə nazirləri ilə telefonla danışıb.

Nazir Akar telefon danışıqlarında Türkiyənin Suriyanın şimalında apardığı “Sülh çeşməsi) (Barış Pınarı) hərəkatının hədəfinin Fəratın şərqində sülh koridoru yaratmaq olduğunu vurğulayıb.

Akar Fransanın müdafiə naziri Florence Parly ilə danışığında hərəkatın hədəfinin Türkiyədəki suriyalıların öz torpaqlarına, evlərinə qayıtmalarına imkan yaratmaq olduğunu ifadə edib.

Türkiyənin terror təşkilatı DEAŞ-a qarşı qarşı-qarşıya döyüşən tək NATO və koalisiya ölkəsi olduğunu, 3 mindən çox DEAŞ-lı terrorçunu təsirsizləşdirdiyini xatırladan Akar hərəkatın planlaşdırma və həyata keçirilməsində yalnız terrorçularla bunlara aid sığınacaq, mövqe, silah-sursatın hədəfə alındığına işarə edib.

Akar həmçinin Türkiyənin və Türk Millətinin təhlükəsizliyinə deyil, eyni zamanda bölgədə yaşayan dini və etnik qrupların da təhlükəsizliyinə çox böyük əhəmiyyət verildiyini, dinc vətəndaş/günahsız insanların və hərəkat bölgəsindəki tarixi, mədəni, dini strukturlar, infrastrukturla bölgədə olması  mümkün ola biləcək dost/müttəfiq ölkələ ünsürlərinin və ətraf mühitə zərər verməmək üçün hər cür diqqət və həssaslığın göstərildiyini qeyd edib.

İngilis həmkarı Ben Uollas və ABŞ-ın müdafiə naziri Mark Esper ilə görüşü zamanı Hulusi Akar müdafiə, təhlükəsizlik və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparıb.

Akar həmsöhbətlərinə Fəratın şərqində başlanan “Sülh çeşməsi” hərəkatının məqsədi və gedişi haqqında da məlumat verib.

Bu arada, Baş qərargah rəisi general Yaşar Gülər ​​də ABŞ-lı həmkarı general Mark Milley ilə Suriyadakı vəziyyəti və Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı müzakirə etdikləri telefon danışığı reallaşdrıblar.



Әlaqәli Xәbәrlәr