Milli Müdafiə Nazirliyi: "Terrorçular bina, məktəb və xəstəxanalarda gizlənərək hücum edirlər"

Fəratın şərqini terror dəhlizinə çevirməyə cəhd göstərən PKK/PYD-YPG-li terrorçular xalqın istifadə etdiyi bina, məktəb və xəstəxanalarda gizlənərək Türkiyədəki mülki yaşayış yerlərinə minatan və raketlərlə hücum edirlər.

1285893
Milli Müdafiə Nazirliyi: "Terrorçular bina, məktəb və xəstəxanalarda gizlənərək hücum edirlər"

Milli Müdafiə Nazirliyi Fəratın şərqini terror dəhlizinə çevirməyə cəhd göstərən PKK/PYD-YPG-li terrorçuların xalqın istifadə etdiyi bina, məktəb və xəstəxanalara gizlənərək Türkiyədəki mülki yaşayış yerlərinə minomyot və raketlərlə hücum etdiyini və günahsız mülki vətəndaşların yaralandığını bildirildi.

Müdafiə Nazirliyinin Suriyanın şimal-şərqində “Sülh çeşməsi” hərəkatı ilə əlaqədar verdiyi açıqlamada "Fərat çayının şərqini terror dəhlizinə çevirməyə çalışan PKK/PYD-YPG terrorçuları insanların istifadə etdiyi binalarda, məktəblərdə və xəstəxanalarda gizlənərək, ölkəmizdəki mülki yaşayış məntəqələrinə minaatan və raketlərlə hücum etdi. Terrorçuarın ölkəmizdəki mülki yaşayış məntəqələrinə etdiyi minomyot və raket hücumlarında günahsız mülki insanlar yaralandı” ifadələri işlədildi.

Açıqlamada terrorçuların yaşayış məntəqələrinə hücum etdiyi fotolar da paylaşım edildi.



Әlaqәli Xәbәrlәr