"YPG/PKK-ya qarşı hərəkat Türkiyənin beynəlxalq hüquqdan qaynaqlanan haqqıdır", M.Çavuşoğlu

Əlcəzairdə rəsmi səfərdə olan M.Çavuşoğlu Suriyada Fərat çayının şərqindəki bölücü terror təşkilatı YPG/PKK-yə qarşı gözlənilən hərəkatla bağlı şərhlər verərək deyib...

1284772
"YPG/PKK-ya qarşı hərəkat Türkiyənin beynəlxalq hüquqdan qaynaqlanan haqqıdır", M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyadakı bölücü terror təşkilatı YPG/PKK-ya qarşı hərəkatın ölkənin beynəlxalq hüquqdan qaynaqlanan haqqı olduğunu söylədi.

  Əlcəzairdə rəsmi səfərdə olan M.Çavuşoğlu Suriyada Fərat çayının şərqindəki bölücü terror təşkilatı YPG/PKK-yə qarşı gözlənilən hərəkatla bağlı şərhlər verərək deyib:

  “Terror təşkilatının əsas məqsədi Suriyanı bölməkdir. Biz Suriyanın torpaq bütövlüyünü dəstəkləyirik. Beynəlxalq hüquq çərçivəsində BMT, Suriya və əlaqədar ölkələrə bəyanat göndərəcəyik. Bu, bölgənin sabitliyi üçün əhəmiyyətli bir hərəkatdır. Türkiyə və bölgədəki qaçqınların könüllü olaraq bölgəyə dönməsi mümkün olacaq. Tək hədəfimiz buradakı terrorçulardır."



Әlaqәli Xәbәrlәr