Egey dənizində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 490 nəfər saxlanıldı

Egey dənizinin Türkiyəyə aid hissəsində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 490 nəfər saxlanıldı.

1283502
Egey dənizində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 490 nəfər saxlanıldı

Egey dənizinin Türkiyəyə aid hissəsində aparılan əməliyyatlar nəticəsində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 490 nəfər saxlanıldı.

Əməliyyatlar İzmir, Çanaqqala, Aydın və Muğla şəhərlərində aparıldı.

Saxlanılanların rezin qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri məlum oldu. Onların arasında qadınlar və uşaqlar da var.

Saxlanılan şəxslər aidiyyəti qurumlara təhvil verildilər.



Әlaqәli Xәbәrlәr