Türkiyə Silahlı Qüvvələri daha 7 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalına həyata keçirilən hava əməliyyatında terror təşkilatı PKK mənsubu 7 terrorçu zərərsizləşdirildi.

1280532
Türkiyə Silahlı Qüvvələri daha 7 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən İraqın şimalına həyata keçirilən hava əməliyyatında terror təşkilatı PKK mənsubu 7 terrorçu zərərsizləşdirildi.

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, “Pəncə” əməliyyatı ilə koordinasiyalı olaraq Avaşin bölgəsinə hava əməliyyatı təşkil edildi.

Nazirliyin açıqlamasında bildirilib ki, Türkiyə Silahlı Qüvvələrimiz PKK-ya qarşı əməliyyatları qətiyyətli şəkildə davam edir. “Pəncə” əməliyyatı ilə koordinasiyalı olaraq İraqın şimalındakı Avaşin bölgəsinə edilən hava əməliyyatı ilə PKK-lı 7 terrorçu zərərsizləşdirildi.

Dünən də İraqın şimalındakı Haftanin bölgəsində aşkar edilən terror təşkilatı PKK mənsubu 2 terrorçu hava əməliyyatı nəticəsində zərərsizləşdirildi.

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, “Pəncə-3” əməliyyatı çərçivəsində Haftanin bölgəsinə hava əməliyyatı təşkil edildi.

Əməliyyat nəticəsində PKK-lı 2 terrorçu zərərsizləşdirildi.

Digər tərəfdən Hakkaridə jandarm və polis bölmələrinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, daxildəki təhlükəsizliklə bağlı həyata keçirilən əməliyyatlar çərçivəsində Hakkari vilayəti çölündə PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirildi. Bölgədə əməliyyatların davam etdiyi bildirildi.



Әlaqәli Xәbәrlәr