Türkiyə Camal Xaşoqçi cinayətinin təqibçisi olacağını bir dəfə daha dilə gətirdi

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun səudiyyəli jurnalist Camal Xaşoqçinin qətlə yetirilməsinin birinci ildönümündə şəxsi “Twitter” səhifəsində açıqlama verdi.

1280353
Türkiyə Camal Xaşoqçi cinayətinin təqibçisi olacağını bir dəfə daha dilə gətirdi

Türkiyə Cemal Xaşoqçi cinayətinin təqibçisi olacağını bir dəfə daha açıqladı.

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun səudiyyəli jurnalist Camal Xaşoqçinin qətlə yetirilməsinin birinci ildönümündə şəxsi “Twitter” səhifəsində açıqlama verdi.

Altun "Jurnalist Camal Xaşoqçinin 2 oktyabr 2018-ci ildə girdiyi Səudiyyə Ərəbistanı (İstanbul) Baş Konsulluğunda qətl edilməsindən bir il keçdi. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın səbrli mövqeyilə Türkiyə bu mənfur cinayətin işıqlandırılması üçün ilk andan etibarən ortaya qoyduğu səyi davam etdirir. Bütün imkanlarımızı səfərbər edərək bu mütəşəkkil və planlaşdırılan qətlin ört-basdır edilməsinin qarşısını aldıq.

Türkiyə olaraq Camal Xaşoqçi ilə əlaqədar məhkəmə prosesinin təqibçisi olacaqlarını bir dəfə daha xatırladan Altun bu mövzuda beynəlxalq ictimaiyyətə cinayətə qarşı ortaq mövqe ortaya qoyma çağırışımızı bir daha təkrar edirik "dedi.



Әlaqәli Xәbәrlәr