Jurnalist Camal Xaşoqçinin xatirəsi İstanbulda yad edildi

“Washington Post” qəzetinin  yazıçısı səudiyyəli jurnalist Camal Xaşoqçinin xatirəsi ölümünün birinci ildönümündə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu qarşısında anıldı.

1280592
Jurnalist Camal Xaşoqçinin xatirəsi İstanbulda yad edildi
kasikci istanbul anma1.jpg

“Washington Post” qəzetinin  yazıçısı səudiyyəli jurnalist Camal Xaşoqçinin xatirəsi ölümünün birinci ildönümündə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu qarşısında anıldı.

Beynəlxalq qeyri-hökumət təşkilatları, beyin mərkəzləri və insan haqları təşkilatlarının iştirakı ilə Xaşoqçinin baş konsulluq binasına girdiyi 13.14-də bir dəqiqəlik süqutla başlayan anım tədbirinə  “Middle East Eye” nin redaktoru David Hearst moderatorluq etdi.

Anım tədbirində Camal Xaşoqçinin nişanlısı Xədicə Cingiz, Nobel mükafatlı fəal Tavakkol Karman, Ədalət və İnkişaf (AK) Partiyasının sədr məsləhçisi Yasin Aktay, Türk Ərəb Media Dərnəyinin başçısı Turan Kışlakçı, Beynəlxalq Əfv Təşkilatının Türkiyə nümayəndəsi Andrev Gardner, misirli siyasətçi Eymen Nur, Sərhəd Tanımayan Jurnalistlər Türkiyə nümayəndəsi Erol Önderoğlu, "DAWN" qurucusu Nihad Avad, Birləşmiş Millətlər Təşkilatının (BMT) Məhkəməsiz və Keyfi edamlar xüsusi məruzəçisi Agnes Callamard, insan hüquqları fəalı Mohamed Soltan və El Şərq Forumunun sədri Vadah Khanfar məruzəçi olaraq qatıldı.

Tədbiri çox sayda yerli və xarici mətbuat üzvü izlədi.

Tədbirdə Amazon şirkətinin banisi və icraçı direktoru və “Washington Post”un sahibi Jeff Bezos iştirak etdi.

AK Partiya sədrinin məsləhçisi Yasin Aktay etdiyi çıxışda Camal Xaşoqçinin insan haqlarına hörmət, insan şərəfinin, azadlığının, ədalətin simvoluna çevrildiyini söylədi.

Dünyada hər gün Xaşoqçi cinayəti kimi çox sayda cinayət olduğunu ifadə edən Aktay "Düşüncələrindən qorxduqları üçün onu öldürdülər. Onu öldürdükləri üçün düşüncələri daha aydın və onları təhdid edəcək hala gəldi. Xaşoqçi öz ölkəsinin konsulluğuna girərkən bir dövlətin cinayət işləyəcəyini düşünmürdü. Çünki dövlətlər insanları öldürmək deyil yaşatmaq üçün var” deyə bildirdi.

Aktay Türkiyənin cinayətdən sonra hadisənin təqibçisi olduğunu da ifadə etdi.

Proqramın moderatoru  “Middle East Eye” redaktoru David Hearst isə "Camalın mesajı çox güclüdür. O, bölgəsindəki nadir insanlardan biri idi. Bütün bunlardan sonra deyə bilərəm ki, Camalın səsi indi daha güclüdür" dedi.



Әlaqәli Xәbәrlәr