"Türkiyənin itirəcək bir günü belə yoxdur" R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada yaradılacaq təhlükəsiz bölgə mövzusunda Türkiyənin itirəcək bir günü belə olmadığını söylədi.

1279838
"Türkiyənin itirəcək bir günü belə yoxdur" R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada yaradılacaq təhlükəsiz bölgə mövzusunda Türkiyənin itirəcək bir günü belə olmadığını söylədi.

Prezident Ərdoğan 27-ci dövr 3-cü Qanunvericilik İlinin açılışı münasibətilə Türkiyə Böyük Millət Məclisi (TBMM) Ümumi iclasında millət vəkillərinə müraciət etdi.

Ərdoğan çıxışında Suriya böhranına toxunaraq dedi: “Suriya böhranı davam etdiyi üçün hələ də sərhədlərimiz daxilində yaşayan 3 milyon 650 min qonağımızın səbəb olduğu iqtisadi, sosial və mədəni problemləri bilirik. Türkiyədən başqa belə bir yükü öz üzərinə   götürəcək və bu qədər uzun müddət idarə edə biləcək başqa ölkə olmadığını da bilirik. Bununla yanaşı milyonlarla sığınacaq axtaran insanı öz ərazimizdə əbədiyyətə qədər qəbul etmək kimi bir düşüncəmiz  yoxdur".

Ərdoğan “8 ildir ölkəmizdə qonaq etdiyimiz bu insanların artıq evləri, yurdları və vətənləri var. Sığınacaq axtaran şəxslərin ən qısa müddətdə öz ölkələrində yaşaya biləcəyi təhlükəsiz bir mühit yaratmaq bizim vəzifəmizdir. Bu mövzuda beynəlxalq birliyə çox çağırışlar etdik” ifadəsini işlətdi.

Ərdoğan bu günə qədər təhlükəsiz yerlərə qayıdan suriyalı qaçqınların sayının 360 minə çatdığını söylədi.

Ərdoğan “Suriyada olmağımızın yeganə səbəbi sərhədlərimizə qarşı terror təhdidlərinin qarşısını almaq, eyni zamanda ölkəmizdəki suriyalıların geri qayıtmasına imkan yaratmaqdır” dedi.

Prezident Ərdoğan onu da dedi ki, Türkiyənin artıq bu mövzuda itirəcək bir günü belə yoxdur. Bu nöqtədə öz yolumuzu davam etdirməkdən başqa çarəmiz yoxdur. Münbiç də daxil olmaqla Fərat çayının İraq sərhədinə qədər olan bölgədə   yaradacağımız 30 km dərinlikdəki təhlükəsiz bölgədə bir milyonu yeni yaşayış məntəqəsi, bir milyonu mövcud yerlərdə olmaqla 2 milyon insanı yerləşdirməyi planlaşdırırıq.



Әlaqәli Xәbәrlәr