Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

Separatçı terror təşkilatı PKK-ya qarşı ‘‘Kıran-4’’ әmәliyyatı hәyata keçirilir.

1276965
Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

 

Separatçı terror təşkilatı PKK-ya qarşı ‘‘Kıran-4’’ әmәliyyatı hәyata keçirilir.

Türkiyәnin  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sәrhәddәn kәnarda hәyata keçirilәn әmәliyyatlar ilә yanaşı, ölkә daxilindә dә (Hakkari, Şırnak, Van, Siirt vә Mardin’’ separatçı terror tәşkilatına qarşı әmәliyyatlar keçirilir. Mәlumatda bildirilib ki, әmәliyyatın mәqsәdi separatçı terror təşkilatı PKK üzvlərinin saxlanılması  və zərərsizləşdirilməsi və  onlara məxsus sığınacaq, silah-sursat anbarlarının məhv edilməsidir. Bu çәrçivәdә avqustun 17-dә terror tәşkilatına qarşı ‘‘Kıran’’ әmәliyyatı başlanılıb.

Әrzurum Jandarm Komandanlığı tәrәfindәn sentyabrın 24-dә  Qars Ağrı-İğdır vә Çemçe-Madur bölgəsindә ‘‘Kıran-4’’ әmәliyyatı hәyata keçirilib.

Әmәliyyatda jandarm qüvvәlәri, xüsusi tәyinatlı polislәr vә kәnd mühafizәçilәri iştirak ediblәr. Әmәliyyat nәticәsindә terrorçulara mәxsus partlayıcı maddә әlә keçirilib.

Qeyd edәk ki, ‘‘Kıran’’ әmәliyyatları nәticәsindә indiyәdәk 48 terrorçu zәrәsizlәşdirilib. Әmәliyyat çәrçivәsindә 58 mağara, sığınacaq cә anbar mәhv edilib, çox sayda silah әlә keçirilib.



Әlaqәli Xәbәrlәr