Türkiyə prezidenti BMT Baş Məclisindəki çıxışlarını əks etdirən fotoları bölüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində son 15 ildə etdiyi çıxışlarına aid fotolarını "İnstagram" hesabından bölüşdü.

1275514
Türkiyə prezidenti BMT Baş Məclisindəki çıxışlarını əks etdirən fotoları bölüşdü


 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 74-cü iclasında iştirak etmək üçün səfərdə olduğu Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində bu gün açılış yığıncağında iştirak edəcək və Baş Məclisdə çıxış edəcək.

Ərdoğan çıxışından əvvəl "İnstagram" hesabından BMT Baş Məclisindəki çıxışlarını əks etdirən fotoşəkilləri bölüşdü və bu sözləri yazdı: "Son 15 il ərzində BMT-dəki çıxışlarımızdan 10 fotoşəkil... İllər boyu bu kürsüdən bütün dünyaya həqiqətləri və haqqı hayqırdıq. Bu gün də eyni inamla, daha güclü bir şəkildə hayqırırıq: "Dünya 5-dən böyükdür!"



Әlaqәli Xәbәrlәr