Mövlud Çavuşoğlu: "Türkiyə öz payına düşəni etməyə davam edəcək"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Davamlı İnkişaf Hədəfləri kontekstində Türkiyənin öz öhdəsinə düşəni yerinə yetirməyə davam edəcəyini bildirdi.

1275209
Mövlud Çavuşoğlu: "Türkiyə öz payına düşəni etməyə davam edəcək"

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında Türkiyənin ev sahibliyində keçirilən "Davamlı İnkişaf Hədəflərinə (SDG) nail olmaq üçün innovativ həll yollarının axtarışında özəl sektorun iştirakı"  başlıqlı tədbirdə iştirak etdi.
 
 Bu təşəbbüsə bir il əvvəl başladıqlarını, bu toplantının ev sahiblərindən biri olduğu üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirən Çavuşoğlu iştirakçılarla BMT İnkişaf Proqramı (UNDP) və Türkiyənin çotərəfli dövlət-özəl qurum tərəfdaşlığının yaradılması sahəsindəki təcrübələrini bölüşəcəyini söylədi.
 
 Mövlud Çavuşoğlu: "Bu il SDG zirvə görüşündə bu vəzifələrin həyata keçirilməsi baxımından BMT üzvü olan ölkələr və bütün BMT sistemi kritik bir mərhələyə qədəm qoyacaq" dedi
 
Türkiyəli nazir iki il əvvəl özəl sektor üçün İstanbulda BMT-nin İnkişaf Proqramı ilə birgə beynəlxalq bir mərkəz yaratdıqlarını xatırladaraq, 2018-ci ildə də "Bill and Melinda Gatets" fondunun qaçqınlar və köçkünlərin ehtiyaclarına yönələn sürətləndirmə proqramı təklif etdiyini dilə gətirdi.
 
 Çavuşoğlu Eczaçıbaşı ilə yaradılan sürətləndirmə programına bir aydan qısa bir müddətdə 36 fərqli ölkədən 150 müraciətin edildiyini söylədi.
 
Ötən ildə Gəbzədə ən az inkişaf etmiş ölkələr üçün texnologiya bankının qurulduğunu xatırladan Çavuşoğlu: "Yurdundan didərgin edilmiş və müdafiəsiz qalan insanlara ev sahibliyi edən digər ölkələr bizim uğurlarımızdan faydalandılar. Türkiyə olaraq bu tərəfdaşlığa 1 milyon dollar vəsait ayırdıq" deyə qeyd etdi.
 
 SDG çərçivəsində keçirilən proqramların hər kəs üçün ilham mənbəyi olmasına ümid etdiyini bildirən Çavuşoğlu: "SDG-lərə  nail olmaq üçün səylərimizi artırmalıyıq. Türkiyə öz payına düşəni etməyə davam edəcək" dedi.



Әlaqәli Xәbәrlәr