İraqın şimalında əl istehsalı olan bombanın partlaması nəticəsində iki əsgərimiz şəhid oldu

İraqın şimalında PKK terror təşkilatına mənsub terrorçular tərəfindən əl istehsalı olan bombanın partlaması nəticəsində iki əsgərimiz şəhid olub.

1274693

Milli Müdafiə Nazirliyinin açıqlamasında İraqın şimalında təçhizat aparan konvoyun keçdiyi əsnada PKK-lı terrorçular tərəfindən əvvəldən yerləşdirilmiş əl istehsalı bombanın partaldığı bildirilib.  

Açıqlamada partlayış nəticəsində iki əsgərin şəhid olduğu, bölgədə əməliyyatların davam etdiyi vurğulanıb.

Açıqlamada “Bizi dərin kədərə və acıya qərq edən bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrilə ali Türk millətinə başsağlığı və səbr diləyirik” ifadələri işlədilib.

Әlaqәli Xәbәrlәr