Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisinin  74-cü sessiyasında  iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə sәfәr edib.

1273882

Prezident Ərdoğanı  JFK hava limanında Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dәki  daimi nümayəndəsi səfir Firudin Sinirlioğlu Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və digər rəsmi şəxslər qarşılayıblar.

Rәcәb Tayyib  Ərdoğanı sәfәri çәrçivәsindә xanımı  Əminə Ərdoğan, xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, әtraf mühit və şəhərsalma naziri Murad Kurum, ticarәt naziri Ruhsar Pekcan, Türkiyə Prezident Aparatının Komminikasiya Şöbəsinin rəhbəri Fəxrəddin Altun  və Prezident Aparatının sözçüsü  İbrahim Kalın müşayiәt edirlәr.

 ABŞ-da yaşayan Türkiyә vәtәndaşları  prezident  Rəcəb Tayyib Ərdoğanı  Nyu-Yorkda böyük coşğu ilә qarşılayıblar.

Әlaqәli Xәbәrlәr