“Türkiyə Şərqi Aralıq dənizində sülh və sabitlikdən tərəf olan mövqeyini davam etdirəcək”, F.Oqtay

Prezident müavini Fuad Oqtay Türkiyənin Şərqi Aralıq dənizində sülh və sabitlikdən tərəf olan mövqeyini davam etdirəcəyini söylədi.

1272936
“Türkiyə Şərqi Aralıq dənizində sülh və sabitlikdən tərəf olan mövqeyini davam etdirəcək”, F.Oqtay

Prezident müavini Fuad Oqtay Türkiyənin Şərqi Aralıq dənizində sülh və sabitlikdən tərəf olan mövqeyini davam etdirəcəyini söylədi.

Oqtay dünən paytaxt Ankarada təşkil edilən Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) Turizm Əməkdaşlığı qəbulunda etdiyi çıxışda Kıbrısla bağlı prosesin təkrar danışılmağa başladığı bu günlərdə Türkiyənin mövqeyinin dəqiq olduğunu ifadə etdi.

Oqtay "Həll yolu davamlı və ədalətli siyasi bərabərlikdir. Bizim üçün vacib olan həll modelinin adı deyil, bu həll siyasətinə bərabərlik və Kıbrıs Türklərinin qərar vermə, rifah və təhlükəsizlik mövzusunda təsirli iştirakını təmin edəcək tənzimləmələrin daxildir edilməsidir" dedi.

Kıbrıs Rum tərəfinin birtərəfli karbohidrogen fəaliyyətinə sahədə faktiki addımlarla cavab verildiyini də söyləyən Fuad Oqtay "Şərq Aralıq dənizində sülh və sabitlikdən tərəf mövqeyimizi davam etdirəcəyik. Türkiyə Kıbrıs Türkünü heç vaxt tək buraxmamış, haqq və mənfəətlərini qorumaq üçün istənilən səyi göstərmişdir. Kıbrıs Türkünün haqq etdiyi rifah səviyyəsinə qovuşması üçün bu günə qədər göstərdiyimiz cəhdləri bundan sonra da davam etdirərək, irimiqyaslı layihələri həyata keçirmək üçün əlimizdən gələni yerinə yetirəcəyik" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr