Hulusi Akar İranın müdafiə naziri Amir Hatami ilə görüş keçirdi

Milli müdafiə naziri Hulusi Akar İranın müdafiə naziri general-mayor Amir Hatami ilə görüş keçirdi.

1270327
Hulusi Akar İranın müdafiə naziri Amir Hatami ilə görüş keçirdi

Milli müdafiə naziri Hulusi Akar İranın müdafiə naziri general-mayor Amir Hatami ilə görüş keçirdi.

Akar rəsmi səfərlə ölkəmizdə olan Hatamini Milli Müdafiə Nazirliyində keçirilən hərbi mərasimlə qarşıladı.

İki ölkənin dövlət himnlərinin çalındığı mərasimdə qonaq nazir əsgərləri “Merhaba Asker” deyərək salamladı.

Mərasimdən sonra görüş keçirən Akar və Hataminin regional təhlükəsizlik və müdafiə mövzularında fikir mübadiləsi apardıqları bildirildi.



Әlaqәli Xәbәrlәr