Yuri Uşakov Ankarada keçirilәcәk üçtәrәfli sammit ilә bağlı açıqlama verdi

Rusiya prezidentinin kömәkçisi Yuri Uşakov Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin bazar ertәsi günü ikitәrәfli görüşlәr keçirәcәyini bildirib.

1269320

‘‘Görüşdә Suriya mәsәlәsi ilә  yanaşı, Moskvada әldә olunan  müqavilələrin həyata keçirilməsi də qiymətləndirilәcәk. Görüşdə hərbi-texniki sahәdә әmәkdaşlıq mәsәlәsi dә  müzakirə olunacaq",-deyә Yuri Uşakov qeyd edib.

Yuri Uşakov Türkiyәnin paytaxtı Ankarada Rusiya və İranın iştirakı ilə bazar ertəsi günü keçiriləcək üçtərəfli sammit ilә bağlı jurnalistlərə açıqlama verib.

Sammit çərçivəsində liderlər arasında ikitərəfli görüşlərin də keçiriləcəyini qeyd edən Yuri Uşakov deyib: ‘‘Vladimir Putin vә Rәcәb Tayyib Әrdoğan tez-tez bir araya gәlirlәr. Liderlәrin son görüşü bir müddәt әvvәl MAKS-2019 Beynәlxalq Aviasiya vә Kosmos Sәgisindә baş tutdu’’.

Rusiya prezidentinin kömәkçisi  Putin ilə Ərdoğanın Suriyadakı prosesləri müzakirə edəcəklərinə ifadә edәrәk bildirib ki, Görüşdә Suriya mәsәlәsi ilә  yanaşı, Moskvada әldә olunan  müqavilələrin həyata keçirilməsi də qiymətləndirilәcәk.

Türkiyə və Rusiya arasındakı ticarət həcminin 2018-ci ildә 15,8 %  artaraq 25,5 milyard dollara çatdığını xatırladan Yuri Uşakov deyib: ‘‘Ticari әlaqәlәrimizi güclәndirmәk üçün  hәr iki ölkə də milli valyutalarla ticarətə böyük əhəmiyyət verir’’.

Әlaqәli Xәbәrlәr