Türkiyədən Əsəd rejimi və ona dəstək verənlərə çağırış

Suriyada Bəşər Əsəd rejimi və ona dəstək verənlər İdlib vilayətinə istiqamətli hücumları təcili olaraq dayandırmalıdır. Bunu Türkiyənin Birləşmiş Millətlər Təşkilat (BMT) yanındakı Daimi Nümayəndəsi səfir Sadiq Arslan deyib.

1267552
Türkiyədən Əsəd rejimi və ona dəstək verənlərə çağırış

Səfir Arslan BMT-nin İsveçrədəki Cenevrə ofisində davam edən İnsan Hüquqları Şurasının (İHŞ) 42-ci iclasında çıxış edib. O, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Bacheletin xüsusilə İdlibin cənubu və Hamanın şimalına istiqamətli hücumların davam etməsindən narahat olduğunu səsləndirdiyini xatırladaraq: “Biz öz əsgərlərimizin belə həyatını təhlükəyə salaraq İdlibdə Əsəd rejimi və onun dəstəkçilərinin dinç sakinlərə istiqamətli hücumlarının qarşısını almaq üçün lazımlı addımları atdıq. Bu hücumların qarşısı təcili alınmasa nəticələri xeyli ağır olacaq”. Çıxışında dünyanın fərqli bölgələrindəki böhranlara də toxunan Arslan, İsrailin Qəzzaya istiqamətli davam edən sanksiyaları Qəzza xalqının ən əsas insan hüquqlarına belə ağır zərbə endirdiyini qeyd edib. Myanmarda Arakanlı müsəlmanlara istiqamətli insan hüquqları pozuntularının Türkiyə üçün ciddi narahatlıq yaratdığını vurğulayıb.

Hindistanın Cammu Kəşmirin xüsusi statusunu ləğv etməsi BMT Təhlükəsizlik Şurası qərarlarına ziddir deyən səfir Arslan, Türkiyənin Kəşmir probleminin BMT qərarları nəzərə alınaraq Pakistan və Hindistan arasında sülh danışıqları ilə həllə qovuşdurulmasını arzuladığını söyləyib.

Dünyada ən çox qaçqına Türkiyənin ev sahibliyi etdiyini xatırladan səfir Avropa İttifaqına müraciət edib. Alyansdan immiqrantlar ilə əlaqəli öhdəliklərini yerinə yetirməsini istəyib.

 



Әlaqәli Xәbәrlәr