Ərdoğan:Sivas Konqresinin keçirildiyi gün Türkiyə Cümhuriyyətinin təməllərinin qoyulduğu gündür

Prezident Rəcəb Tayyib Ərdoğan bir əsr sonra özgəsinin boyunduruğunda olmağın və himayənin əslə qəbul edilməz olduğunu bir daha dilə gətirdi.

1263769
Ərdoğan:Sivas Konqresinin keçirildiyi gün Türkiyə Cümhuriyyətinin təməllərinin qoyulduğu gündür
erdogan sivas kongresi.jpg
erdogan sivas kongresi.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan bir əsr sonra özgəsinin boyunduruğunda olmağın və himayənin əslə qəbul edilməz olduğunu bir daha dilə gətirdi.  

Bu gün Türkiyə Cümhuriyyətinin təməllərinin qoyulduğu Sivas Konqresinin 100-cü ildönümüdür.

4-11 sentyabr 1919-cu il tarixində keçirilən Sivas Konqresində qəbul edilən ən əhəmiyyətli qərarlar vətən torpaqlarının bütöv olduğu, bir-birindən ayrıla bilməyəcəyi ilə mandat və himayənin qəbul edilə bilməyəcəyi idi.

Prezident Ərdoğan Sivas Konqresinin 100-cü ildönümü tədbirində iştirak edib.

Sivasda Atatürk abidəsinə əklil qoyan Ərdoğan burada etdiyi çıxışda 4 sentyabr tarixinin millətin yaddaşında çox əhəmiyyətli yeri olduğunu bildirərək Qurtuluş Savaşının hazırlıqlarının görüldüyü yer olan Sivas şəhərinin Milli Mübarizənin və Cümhuriyyətin ilk mərkəzi olduğunu vurğuladı.

Bir əsr əvvəl dünyaya verilən “Mandat və himayə əslə qəbul edilməz” mesajını bir daha dilə gətirən Ərdoğan dedi:

“Bir əsrdən sonra bir daha təkrar edirik ki, mandat və himayə heç vaxt qəbul edilə bilməz. Vətən milli sərhədlər daxilində bir bütövdür. Vətənimiz, bayrağımız, dövlətimiz, millətimiz, müstəqillik bizim namusumuzdur, şərəfimizdir. Daxildən ya da xaricdən Türkiyə üzərində oyunlar oynamaq istəyənlərə sinəmizi sipər etmək bahasına lazım olan cavabı verməyə davam edəcəyik. Türkiyənin qazandıqlarına və hədəflərinə qarşı qurulan hər tələni pozacağıq.”



Әlaqәli Xәbәrlәr