Türkiyənin Kolumbiyadakı sülh prosesinə dəstəyi davam edəcək

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Kolumbiyadakı keçmiş bəzi İnqilabçı Silahlı Qüvvələrinin (FARC) silahlılarına yenidən silah verilməsi qərarı ilə bağlı suala yazılı cavab verdi.

1262728

Türkiyənin Kolumbiya hökumətilə FARC arasında 2016-cı ildə imzalanan sülh razılaşmasını məmnuniyyətlə qarşıladığını və bu razılaşmaqla həyata keçirilən sülh prosesini başından bəri dəstəklədiyini xatırladan Aksoy, "Bu çərçivədə, problemin Kolumbiya hökuməti ilə FARC arasında 2016-cı ildə əldə edilmiş razılaşmaya uyğun olaraq həll olunacağına ümid edirik. Kolumbiyadakı sülh prosesinə dəstəyimiz davam edəcək” deyə bildirdi.

Qeyd edək ki, Kolumbiyada 2016-cı ildəhökumətlə sülh sazişi imzalayan FARC-ın keçmiş rəhbərlərindən “İvan Marquez” kod adlı Luciano Marin yenidən silahlanacaqlarını açıqlamışdı.

Ətrafında sabiq FARC silahlılarının olduğu müşahidə olunan Marin hökumətin sülh sazişinə xəyanət etdiyini, bu səbəbdən yenidən silahlanma qərarı aldıqlarını vurğulayıb.

FARC yarım əsrdən artıq bir keçmişdən sonra 27 iyun 2017-ci ildə əlindəki son silahı da BMT-yə mərasimlə təhvil vermişdi.

Təşkilatın lideri Rodrigo Londono bir daha əllərinə silah götürməyəcəklərini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr