“İmmiqrant böhranı yalnız Türkiyənin məsələsi deyil”: Çavuşoğlu

Xarici işlər naziri Çavuşoğlu, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Maria Fernanda Espinosa, İspaniyanın xarici işlər naziri Josep Borrell və Sloveniyanın xarici işlər naziri Karl Erjavecin qatıldığı tədbirdə çıxış edib.

1262762
“İmmiqrant böhranı yalnız Türkiyənin məsələsi deyil”: Çavuşoğlu

 

Nazir çıxışında Avropa İttifaqının Suriyalılara yardım və tam hüquqlu üzvlük kimi mövzularla bağlı Türkiyəyə verdiyi vədlərə əməl etmədiyini xatırladıb və beynəlxalq ictimaiyyətin nizamsız köçə qarşı mübarizədə uğurlu olabilmǝdiyini vurğulayıb.

Türkiyənin köç mövzusunda tranzit ölkə olduğuna diqqət çəkən Çavuşoğlu: “  Türkiyə bu immiqrant məsələsinə dövlət büdcəsindən 37 milyard dollar xərclədi. Lakin beynəlxalq ictimaiyyətdən aldığımız yardım miqdarı bir milyard dollardan belə azdır. Miqrasiya böhranının fərqli ölçülərə sahib olduğu gözdən yayındırılmamalıdır”. Qısa müddət əvvəl İordaniya və Lübnanda rəsmi danışıqlara qatıldığını ifadə edən Çavuşoğlu qeyd edib ki, Bu ölkələr də beynəlxalq cəmiyyətin imqrant məsələsinə dair izlədiyi siyasətdən məmnun deyillər. Bəs başa düşülməlidir ki. Bu yalnız Türkiyənin problemi deyil.

Slovakiya və Yunanıstanın da Rusiyadan S-300 müdafiə sistemi satın aldığını xatırladan Çavuşoğlu, Türkiyənin suveren bir ölkə olduğu və hər mövzuda öz qərarlarını özünün qəbul edəbiləcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr