Yunanıstandan Türkiyəni maraqlandıran qərar

Ölkənin baş naziri Kiriakos Miçotakisin rəhbərliyilə immiqrant problemilə bağlı Müdafiə və Xarici İşlər Şurası (KYSEA) toplanıb.

1261740
Yunanıstandan Türkiyəni maraqlandıran qərar

  Yunanıstanda hökumət mühacir tələbləri rədd edilən qaçqınların Türkiyəyə qaytarılmalarını sürətləndirməyi planlaşdırır.

  Ölkənin baş naziri Kiriakos Miçotakisin rəhbərliyilə immiqrant problemilə bağlı Müdafiə və Xarici İşlər Şurası (KYSEA) toplanıb.

  Yığıncaqdan sonra edilən şərhdə Yunanıstanda immiqrant problemilə bağlı 7 qərar verildiyi bildirilib. Bu qərarlardan biri mühacir tələbi rədd edilən qaçqınların, Türkiyə - Avropa İttifaqı arasındakı immiqrant müqaviləsinə əsasən, Türkiyəyə qaytarılmalarını sürətləndirmək məsələsi əhatə edir. Bu məqsədlə mühacir tələbi rədd edilən immiqrantların şikayətilə bağlı qanun tənzimləməsi olacaq. Beləliklə, yeni qərar qaçqınların şikayət yolunu bağlayaraq uzun sürən mühacir əməliyyatlarını qısaltmaq və Türkiyəyə qaytarma müddətini sürətləndirmək məqsədini qarşıya qoyub. 



Әlaqәli Xәbәrlәr