Türkiyənin Azərbaycanla vizasiz dövrü başlandı

Türkiyə və Azərbaycan arasında qarşılıqlı vizasiz dövr başlandı.

1261733
Türkiyənin Azərbaycanla vizasiz dövrü başlandı

  Türkiyə və Azərbaycan arasında qarşılıqlı vizasiz dövr başlandı.

  2019-cu ilin 1 sentyabrından etibarən həyata keçən tətbiqlə Türkiyə və Azərbaycan vətəndaşları hər hansı viza əməliyyatına baş vurmadan qarşılıqlı olaraq getdikləri ölkədə 30 günə qədər qala biləcəklər.

  Türkiyə Cümhuriyyətinin Azərbaycan üzrə səfiri Erkan Özoral mövzu ilə bağlı deyib:

  "Son zamanlar elektronik viza alınması işi asanlaşdırmışdı, amma vizanın tamamilə ləğv edilməsi daha yaxşı oldu. Bu, bizim həqiqətən “İki dövlət, bir millət” olduğumuzu bir daha göstərən çox əhəmiyyətli addım sayılır''.

  Qeyd edək ki, bu qərarı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 25 iyul tarixində bəyan etmişdi.



Әlaqәli Xәbәrlәr