“Türkiyə “F-35”  qırıcıları  alabiləməsə yeni alternativlər axtaracaq”

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ ilə baş verən "F-35" qırıcıları böhranı haqqında "Ala bilməsək, yeni alternativlər axtararıq",- deyib.

1260790
“Türkiyə “F-35”  qırıcıları  alabiləməsə yeni alternativlər axtaracaq”

Baltikyanı ölkələrdə rəsmi görüşlər keçirən Çavuşoğlu Belarusdan sonra Estoniyaya gəlib və Baş Nazir Jüri Ratas ilə görüşüb. Mövlud Çavuşoğlu ikitərəfli əlaqələrin müzakirə olunduğu görüşdən sonra verdiyi bəyanatda ABŞ ilə baş verən "F-35" qırıcı böhranına toxunub. Türkiyənin döyüş təyyarəsinə ehtiyac duyduğunu qeyd edən nazir ""F-35"ləri ala bilməsək, yeni alternativlər axtararıq, amma bu variantı seçmək istəmərik", - deyə qeyd edib. Türkiyənin "F-35" döyüş təyyarələrinin istehsalında fəal rol oynadığını və bu təyyarələrin satın alınması üçün 1,4 milyard dollar ödəniş etdiklərini xatırladan nazir Çavuşoğlu "Bu günlərdə ABŞ bəzi problemlər yaradır, amma biz hələ də 9 şərikli bu proqramın bir hissəsiyik", - deyə əlavə edib.

28 Avqustda Rusiyada prezident Rəcəb Tayyib Ərdoğan ilə qatıldıqları havaçılıq sərgisində Rusiyanın Su-57 döyüş təyyarəsini və sərgilənən digər bəzi texnikaları gördüklərini ifadə edən Çavuşoğlu, Türkiyənin yalnız Rusiya ilə yox, Ukrayna və Estoniya kimi ölkələrlə də güclü əlaqələrinin olduğuna diqqət çəkib. Ukraynanın ərazi bütünlüyünü müdafiə etdiklərini, Kırımın ilhaqının qəbul edilməz olduğunu və bunu rəsmiyyətdə tanımadıqlarını qeyd edib.

Estoniyada özünə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Çavuşoğlu Estoniya baş naziri Jüri Ratas tərəfindən qəbul edildiyini, həmkarı ilə  səmərəli görüş keçirdiyini ifadə edərək: “İkitərəfli münasibətlərimiz mükəmməl seviyyədə. Estoniya Türkiyə üçün yalnız bir NATO müttəfiqi yox, eyni vaxtda etibarlı bir tərəfdaşdır”-deyə vurğulayıb.

Estoniyanı müstəqilliyinin 100-cü ildönümünü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlüyünə görə təbrik edən Çavuşoğlu danışıqlar zamanı iki ölkə arasında ortaq ticarət-iqtisadi komissiya yaradılması mövzusunda razılıq əldə  etdiklərini, iki ölkənin NATO-ya sədaqətinin təsdiq daha  bir dədəf  səsləndirdiklərini, Türkiyənin alyansın fəaliyyətlərinə dəstək olmaqda davam edəcəyini deyib.

Estinsiyanın xarici işlər naziri Reinsalu da öz növbəsində : “ Türkiyə NATO-nun güclü müttəfiqidir. Cənab Çavuşoğlu ilə baş tutan danışıqlarda təhlükəsizlik məsələlərini müzakirə etdik. Estoniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olaraq seçildiyi yeni dövrdə Türkiyə ilə əməkdaşlıq etməkdə davam edəcək.



Әlaqәli Xәbәrlәr