Belarus ilə Türkiyə arasında əməkdaşlıq artırılır

Belarus xarici işlər naziri Vladimir Makey Türkiyəni prioritet tərəfdaş qəbul etdiklərini bildirib.

1260148
Belarus ilə Türkiyə arasında əməkdaşlıq artırılır

Vladimir Makey Minskdə Xarici İşlər Nazirliyi ofisində Mevlut Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında: “Türkiyə ilə dostluğumuzu yüksək qiymətləndirir, müxtəlif sahələrdə güclü və məhsuldar əməkdaşlıq etmək istəyirik”.

 Belarus ilə Türkiyə arasındakı iqtisadi əməkdaşlığın əhəmiyyətinə diqqət çəkən Makey, Türkiyə ilə ölkəsi arasında Ticarət Ortaq İş Qrupunun yaradıldığını və iki ölkənin bu sahədə addımlar atacağını, hazırda Belarusiyada 140 Türk şirkətinin olduğunu bu sayının artmasını arzuladıqlarını, texnologiya, innovasiya və təhsil sahəsindəki əməkdaşlığı genişləndirmək istədiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr