"Qərb təhdid yelləyir, bizsə təhdid-məhdit dinləmirik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizində Türkiyənin haqqlarının sona qədər müdafiə olunacağını vurğuladı.

1257887
"Qərb təhdid yelləyir, bizsə təhdid-məhdit dinləmirik", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizində Türkiyənin haqqlarının sona qədər müdafiə olunacağını vurğuladı.

  Ölkənin Artvin şəhərinin Yusufeli qəsəbəsində çıxışı zamanı Şərqi Aralıq dənizində aparılan qazıntı-axtarış fəaliyyətlərinə toxunan Ərdoğan deyib:  

  "Qərb təhdid yelləyir, biz təhdid-məhdit dinləmirik. Burada Türkiyənin haqqlarını sonuna qədər müdafiə edirik, edəcəyik də."

  Artvinə səfəri zamanı ölkə başçısı inşası davam edən Yusufeli bəndinə də baş çəkib. Burada elektrik istehsalına 2021-ci ilin aprelindən başlanacağı qeyd olunub.



Әlaqәli Xәbәrlәr